Türk dövlətləri ilə peyk hazırlayacağıq – Yozqatlıgil

Türk dövlətləri ilə peyk hazırlayacağıq – Yozqatlıgil

Türk dövlətləri ilə birlikdə peyk hazırlayacağıq.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya nazirinin köməkçisi Əhməd Yozqatlıgil Türkiyənin Azərbaycandakı səfirliyinin Beynəlxalq Astronavtika Konqresi çərçivəsində təşkil etdiyi tədbirdə çıxışı zamanı deyib.

“Türk dövlətlərindən bir çox gənci qonaq etmişik, bərabər şəkildə bir peyk hazırlayacağıq və kosmosa göndərəcəyik. Ümumilikdə, bərabər həyata keçirəcəyimiz müxtəlif layihələr var. “Azərkosmos” bu mövzuda irəlidədir. Biz türk dövlətləri olaraq kosmosda da varlığımızı göstərəcəyik”, – Yozqatlıgil qeyd edib.

Teqlər: