“Turan Tovuz” səfərdə “Qəbələ”ni məğlub etdi

“Turan Tovuz” səfərdə “Qəbələ”ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib.

AzerTimes-ın məlumatına görə, günün ilk matçı Qəbələdə baş tutub.

Şəhərin eyniadlı komandası “Turan Tovuz”u qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə bitib – 2:1

Sonuncu – 10-cu pillədə qərarlaşan “Qəbələ”nin 15 xalı var. Qonaqlar 42 xalla beşincidir.

Qeyd edək ki, günün ikinci görüşündə “Neftçi” “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Ötən gün “Sumqayıt” – “Zirə” qarşılaşması qolsuz başa çatıb. Tura aprelin 14-də yekun vurulacaq.

Teqlər: