“Turan” “Şamaxı”nı səfərdə məğlub etdi

“Turan” “Şamaxı”nı səfərdə məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun növbəti matçı keçirilib.

AzerTimes xəbər verir ki, “Turan Tovuz” səfərdə “Şamaxı”nı məğlub edib – 1:0.

Yeganə qolu Tovuz klubunun kamerunlu hücumçusu Runi İva Vankevay vurub. O, 85-ci dəqiqədə fərqlənib.

Bu nəticədən sonra Ayxan Abbasovun yetirmələri turnir cədvəlində 7 xalla 5-ci sıraya qalxıb. “Şamaxı” isə 1 xalla 9-cu yerdədir.

Teqlər: