Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tur Tovuzda start götürüb.
AzerTimes xəbər verir ki, Turan Tovuz” öz meydanında “Kəpəz”i qəbul edib. Qərb derbisi meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Tovuz təmsilçisindən hər iki qolu Runi Eva vurub. 39-cu dəqiqədə hesabı açan kamerunlu hücumçu 77-ci dəqiqədə penaltidən fərqlənməklə son nöqtəni qoyub.
Bu qələbədən sonra xallarını 10-a çatdıran “Turan Tovuz” 4-cü pilləyə yüksəlib. Xalı olmayan “Kəpəz” isə sonuncudur.