Rus qırıcıları Ukrayna ordusunun hava məkanına girə bilmir

Rus qırıcıları Ukrayna ordusunun hava məkanına girə bilmir

Dörd aya yaxındır ki, Rusiya hərbi təyyarələri Ukrayna Silahlı Qüvvələrin nəzarətində olan hava məkanına daxil olmayıb.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib.

“Başa düşdülər ki, dövlətimizin ərazisində ciddi itkilər verirlər. Ukraynanın hava hücumundan müdafiəsini təkcə zenit-raket sistemləri deyil, həm də döyüş təyyarələri və qırıcılar qoruyur. Buna görə də düşmən öz aviasiyasına təhlükə hiss edib və hava hücumundan müdafiə qüvvələrimizin nəzarətində olan əraziyə uçmamaq qərarına gəlib”, – İqnat qeyd edib.

Teqlər: