Tunisdə saat 19: 00-dan 06: 00-dək ölkə daxilində hərəkətə qadağa qoyulub

Tunis prezidenti Kays Sayid iyulun 26-da saat 19:00-dan 06:00-a qədər ölkə daxilində insanların və nəqliyyat vasitələrinin hərəkətini qadağan edilməsi barədə fərman imzalayib.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkə başçısının administrasiyasından bildiriblər.

Məlumata əsasən, fərman iyulun 26-dan avqustun 27-dək qüvvədə olacaq.


Gecə işləyən, təcili vəziyyətlərdə çalışan insanlar üçün istisnalar ediləcək.