16 aprel 2022-ci il tarixində Ekvatorial Qvineya bayrağı altında
üzən, Malta istiqamətində hərəkətdə olan gəmi pis hava şəraiti
səbəbindən Tunisin Qabeş şəhəri yaxınlığında qəzaya uğrayıb.
Gəminin heyəti arasında 2 Azərbaycan vətəndaşı olub.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, gəmi heyəti Tunis
sərhəd gəmisi tərəfindən xilas edilib və xəstəxanaya
yerləşdirilib:
“Qəza nəticəsində gəmi heyəti, o cümlədən Azərbaycan
vətəndaşları xəsarət almayıb. Hazırda vətəndaşlarımızın təxliyəsi
ilə bağlı müvafiq tədbirlər görülməkdədir”.