Ötən həftə sonu Tunis sahillərində afrikalı miqrantları daşıyan
qayıqların batması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Trend xəbər
verir ki, bu barədə Sahil mühafizəsi xidməti məlumat yayıb.
Qeyd olunur ki, daha üç nəfərin cəsədi sudan çıxarılaraq
təyinatı üzrə təhvil verilib.
Bundan əvvəl, Tunisin Sfaks şəhəri yaxınlığında İtaliyaya gedən
120 afrikalı miqrantı daşıyan dörd qayığın batması nəticəsində azı
17 nəfərin öldüyü bildirilirdi.