Tripolidə fövqəladə vəziyyət elan edildi

Tripolidə fövqəladə vəziyyət elan edildi

Liviya Milli Birlik Hökuməti paytaxt Tripolinin silahlı toqquşma baş verən ərazilərində fövqəladə vəziyyət rejimi tətbiq edir.

AzerTimes xəbər verir ki, bu barədə hökumət başçısının müavini Əhməd Bujina deyib.

“Biz toqquşmaların olduğu ərazilərdə fövqəladə vəziyyət elan edirik və tibb işçilərinin girişini təmin etmək üçün atəşkəsə çağırırıq”, – deyə o bildirib.

Qeyd edək ki, ötən gün Tripolidə “ər-Rada” qruplaşmasının üzvləri ilə hökumət qoşunları arasında şiddətli döyüşlər başlanıb.

Teqlər: