Trend TV-nin ermənilərin qətlə yetirdiyi 7 yaşlı Aysunun ailəsindən REPORTAJI

Bərdə. – Trend:

Trend TV-nin Qarabağ bürosu 2020-ci ilin oktyabırın 27-də Ermənistan ordusunun Bərdə rayonu ərazisinə raket hücumu nəticəsində həlak olan 7 yaşlı Aysu İsgəndərovanın ailəsinə baş çəkib.

Aysu dünyada istifadəsi qadağan olunmuş kasetli raketlə ermənilərin Bərdəyə atəşi nəticəsində həlak olan körpə balalardan biridir. O, Bərdə rayonu Qarayusifli kəndində yaşadığı evin həyətində oynayarkən raket qəlpəsindən həyatını itirib. Həmin gün Ermənistan silahlı qüvvələrinin kəndi raket və ağır artilleriyadan atəşə tutması zamanı 4 mülki şəxs həlak olub, 14 nəfər isə yaralanıb. Yaralananlardan biri də elə Aysunun 3 yaşlı bacısı Tahirə İsgəndərova olub.

Aysunun ailəsindən videoreportajı təqdim edirik:


Teqlər: