Trend BİA oxucularını agentliyin adından istifadə edən fırıldaqçılara inanmamağa çağırır

Son günlər sosial şəbəkələrdə və müxtəlif internet səhifələrində
fırıldaqçılar tərəfindən vətəndaşlara Azərbaycanın Dövlət Neft
Şirkəti SOCAR-a sərmayə qoymaq və ya iş tapmaq imkanları təklif ilə
məlumatlar yerləşdirilir. Adıçəkilən məlumatların guya xəbər
agentliyimizin saytında yerləşdirilmiş kimi təqdim olunur.

Trend BİA bildirir ki, bu məlumatların agentliyə aidiyyatı
yoxdur, heç vaxt saytımızda və ya şirkətin informasiya
məhsullarında yerləşdirilməyib.

Vətəndaşları diqqətli olmağa, fırıldaqçıların hiylələrinə
uymamağa və lazım gəldikdə hüquq-mühafizə orqanlarına müraciət
etməyə çağırırıq.

Teqlər: