Trassı gözləyən 7 mühüm problem…

Trassı gözləyən 7 mühüm problem…

Böyük Britaniyanın yeni təyin olunan Baş naziri Liz Trassı qarşısında 7 mühüm məsələ dayanır.

AzerTimes xəbər verir ki, bu barədə “Haber Qlobal”da yayımlanan məqalədə bildirilib.

Qeyd olunub ki, ölkədə artan qiymət artımları, uzun müddətdir maaşlarından narazı qalan tibb işçilərinin taleyi, Ukraynaya dəstəyin davam edib-etməyəcəyi, Mühafizəkarlar Partiyasında parçalanmalar, Breksit sonrası Şimali İrlandiya ilə bağlı problemin dalana dirənməsi, Şotlandiyada müstəqilliyə meyilliyin artması və istixana qazının 2050-ci ilə qədər sıfıra endirilməsi Trassın qarşısında duran əsas problemlərdir.

Teqlər: