Rusiya Şimali Koreyadan silah alır – Kəşfiyyat

Rusiya Şimali Koreyadan silah alır – Kəşfiyyat

ABŞ kəşfiyyatı Rusiyanın Şimali Koreyadan silah almağa başladığını iddia edib.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms”da məlumat yayılıb.

Amerika kəşfiyyatının hesabatlarına görə, Rusiya Ukraynadakı müharibə ilə bağlı silah çətinliyi yaşadığı üçün Şimali Koreyadan milyonlarla 152 millimetrlik artilleriya mərmisi və raket alır.

Rəsmilər deyirlər ki, bu alışın məzmunu bir neçə detal istisna olmaqla, hələ aydın deyil, lakin Rusiyanın Şimali Koreyadan artilleriya mərmiləri və raketlərdən başqa ağır silahlar da alacağı gözlənilir.

Teqlər: