Trampın ilk həyat yoldaşı öldü

Trampın ilk həyat yoldaşı öldü

ABŞ-ın 45-ci prezidenti Donald Trampın ilk həyat yoldaşı İvana Tramp Nyu Yorkdakı evində vəfat edib.

AzerTimes xəbər verir ki, bu barədə D.Tramp özünü “Truth Sosial” sosial şəbəkəsində məlumat yayıb.

“O, gözəl və ilhamverici həyat yaşayan möhtəşəm, gözəl və inanılmaz qadın idi”, – deyə Tramp bildirib.

Qeyd edək ki, İvana və Donald Tramp 1977-1992-ci illərdə evli olublar. Cütlüyün üç övladı var: Kiçik Donald, İvanka və Erik Tramp.

Teqlər: