Trampın evindən tapılan sənədlərin təfərrüatı… – Şok

Trampın evindən tapılan sənədlərin təfərrüatı… – Şok

Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri ötən ay ABŞ-ın keçmiş prezidenti Donald Trampın Florida ştatındakı şəxsi iqamətgahı və klubu olan Mar-a-Laqoda aparılan axtarışlar zamanı xarici ölkənin müdafiə strategiyalarını və nüvə imkanlarını təsvir edən sənəd tapıblar.

AzerTimes xəbər verir ki, bu barədə ötən gün “Vaşinqton Tayms” nəşri məlumat yayıb.

Bildirilib ki, bəzi sənədlərdə ABŞ-ın çox məxfi əməliyyatları aşkara çıxıb ki, bir çox yüksək rütbəli milli təhlükəsizlik məmurlarının onlardan xəbəri yoxdur.

Nəşr yazırb ki, xüsusi icazə tələb edən son dərəcə məxfi əməliyyatlara dair sənədlər Tramp Ağ Evi tərk etdikdən sonra 18 aydan çox müddət ərzində qeyri-müəyyən təhlükəsizlik şəraitində Mar-a-Laqoda saxlanılıb.

Qeyd edək ki, daha öncə də NYT ABŞ-ın keçmiş prezidenti Donald Trampın Floridadakı Mar-a-Laqo şəhərindəki evindən 300-dən çox məxfi sənəd tapıldığı barədə məlumat yayıb.

Teqlər: