Trampın arxasında duran qadın hamını təəccübləndirdi

Trampın arxasında duran qadın hamını təəccübləndirdi

ABŞ prezidenti Donald Trampın çıxışı zamanı onun arxasında dayanan qadın hamının təəccübünə səbəb olub.    

Keçmiş prezident Barak Obamanın dövründə qəbul edilmiş sağlamlıq sığortası barədə çıxış edərkən Trampın arxasında dayanan qeyri-adi qaşlara və sifət ifadəsinə sahib qadın hamının diqqətini özünə çəkib.

Trampın çıxışını kölgədə qoyan qadının qaşları sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib və insanlar “Onun qaşları yenidən çəkilməlidir” deyib. Qadının kim olduğu barədə məlumat verilmir. İddia edilir ki, qadın Obamanın sağlamlıq sığortasının Amerika qadınına verdiyi zərəri simvolizə etmək üçün orada dayanıb.

Qeyd edək ki, Donald Tramp bu sığortanın ölkənin səhiyyə sisteminə ciddi zərər verdiyini iddia edir və bu proqramın ləğvinə çalışır.