ABŞ-ın 45-ci prezidenti Donald Tramp 2024-cü il prezident seçkilərində iştirak edəcəyini təsdiqləyib.
AzerTimes xəbər verir ki, bu barədə o, “Nyu York Maqazin”ə açıqlamasında deyib.
O, seçkiöncəsi kampaniyanın nə vaxt başlayacağını bilmədiyini söyləyib:
“Artıq bu qərarı vermişəm. Ona görə də seçkilərdə iştirak edib, qalib gəlmək istəsəm heç nə mənə təsir edə bilməz”.