ABŞ Prezidenti Donald Tramp ölkədə davam edən etirazlarda federal binalara zərər vuranlara ən az 10 il həbs cəzası veriləcəyini bildirib.
ABŞ Prezidenti bu barədə tvitter hesabında açıqlama verib.
Oreqon ştatının Portland şəhərində federal məhkəmə binasının nümayişçilər tərəfindən yandırılmasına diqqət çəkən Tramp “Bu yaxınlarda Portlanddəki federal məhkəmə binasını və ya hər hansı bir ştatımızda və şəhərimizdəki federal binalara zərər verən anarxistlər, təxribatçılar və ya etirazçılar, “Heykəllər və Abidələr Qanunu” çərçivəsində mühakimə olunacaq “,-deyə bildirib.
Bu insanların sözügedən qanuna əsasən ən azı 10 il həbs cəzası ilə üzləşəcəklərini vurğulayan Tramp, “Bunu eləməyin”,-deyə xəbərdarlıq edib.