6 yaşlı qızın meyiti su kanalından tapıldı

6 yaşlı qızın meyiti su kanalından tapıldı

Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən hissəsində 2014-cü il təvəllüdlü Muradova Mülayim Dövlət qızının axtarışları başa çatıb.

Mülayim Muradovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq su kanalından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, qızın itməsi ilə bağlı məlumat ötən gün axşam saatlarında yayılmışdı.