Əgər ABŞ Ukraynanın müdafiəsinə dəstəyi dayandırsa, Avropa ölkələri birlikdə olsa belə, bu itkini kompensasiya edə bilməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Nəşr qeyd edir ki, Bayden administrasiyası 18 ay ərzində Ukraynaya təxminən 75 milyard dollar hərbi yardım ayırıb:
“Amerikanın artan səyləri, silahlarının davamlı tədarükü, maliyyə dəstəyi olmadan Ukraynanın sağ qalmaq perspektivləri aşağı düşər. Yaxın gələcəkdə Vaşinqtonun dəstəyini azaldacağı təqdirdə Avropanın bu boşluğu doldura biləcəyini təsəvvür etmək mümkün deyil. Amerikanın dəstəyini itirmək təhlükəsi isə nəzəri deyil, çünki Trampın Ağ Evi geri qaytarmaq üçün real perspektivləri var. O, artıq “24 saat ərzində” müharibəni bitirəcəyinə söz verib. Bu, təbii ki, Ukraynaya dəstəyin dayandırılması deməkdir. ABŞ-ın Ukraynaya dəstəyinin kəskin azalması Kremlə güclü siqnal verəcək ki, Amerika 75 ildən çox rəhbərlik etdiyi Avropaya arxa çevirib. Bu, ABŞ-ın ən böyük töhfə verdiyi NATO-nun həyat qabiliyyətini təhdid edəcək, Moskvanın revanşist ambisiyaları qarşısında alyansın cəbhəyanı dövlətlərinin müdafiəsini təhlükə altına atacaq”.
Qeyd olunur ki, Ukraynanın avropalılardan aldığı texnikalarda ən böyük payı keçmiş sosialist düşərgəsi ölkələrinin arsenallarından köhnə sovet silahları təşkil edir:
“Onlar ABŞ-ın müasir silahları ilə rəqabət apara bilməz”.