ABŞ prezidenti Donald Tramp ölkənin sabiq prezidenti Barak Obamanı dövlətə xəyanətdə ittiham edib.
Bu barədə D.Tramp “CBN News” telekanalına müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, B.Obama və adamları 2016-cı ildə onun seçkiqabağı kampaniyasına qarşı casusluq edib.
D.Tramp hesab edir ki, sabiq prezident onun danışıqlarına qulaq asıb:
“Bu, dövlətə xəyanətdir <...> Onlar həm qulaq asırdı, həm də casusluq edirdi <...> Məlum oldu ki, mən haqlı idim“.