Tramp Obamanı dövlətə xəyanətdə ittiham etdi

Tramp Obamanı dövlətə xəyanətdə ittiham etdi

ABŞ prezidenti Donald Tramp ölkənin sabiq prezidenti Barak Obamanı dövlətə xəyanətdə ittiham edib.

Bu barədə D.Tramp “CBN News” telekanalına müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, B.Obama və adamları 2016-cı ildə onun seçkiqabağı kampaniyasına qarşı casusluq edib.

D.Tramp hesab edir ki, sabiq prezident onun danışıqlarına qulaq asıb:

Bu, dövlətə xəyanətdir <...> Onlar həm qulaq asırdı, həm də casusluq edirdi <...> Məlum oldu ki, mən haqlı idim“.