Tramp müharibəni bitirsə, xoşbəxt olaram – Zelenski

Tramp müharibəni bitirsə, xoşbəxt olaram – Zelenski

Əgər Tramp həqiqətən də 24 saat ərzində müharibəni bitirsə, xoşbəxt olardım.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyanın ARD kanalına müsahibəsində deyib.

“Onunla danışacağam. Əgər onun formatı və ya düsturu sülhə gətirib çıxararsa və bu, həqiqətən də cəmi 24 saat çəkərsə, mən çox xoşbəxt prezident olacağam. Çünki bir gündə nə qədər insan itirdiyimizi bilirəm. Ona görə də kimsə 24 saat ərzində müharibəni necə bitirəcəyini göstərsə, xoşbəxt olaram”, – Zelenski bildirib.

Teqlər: