Tramp: Ağ Evdə tapılan narkotik Hunterə məxsusdur

Tramp: Ağ Evdə tapılan narkotik Hunterə məxsusdur

Ağ Evdə tapılan kokain yalnız ABŞ Prezidenti Co Baydenə və ya onun oğlu Hunterə aid ola bilərdi.

AzerTimes xəbər verir ki, bunu Amerikanın keçmiş lideri Donald Tramp deyib.

“ABŞ-ın saxta xəbər mediası tezliklə yazacaq ki, tapılan kokain tozu deyil, aspirin imiş. Bu söz-söhbət də tezliklə sıfırlanacaq”, – o bildirib.

Qeyd edək ki, iyulun 4-də Ağ Evdə kokain tozunun tapıldığı bildirilmişdi.

Teqlər: