Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı ilə bağlı sualları cavablandırıb

ABŞ-ın sabiq prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı ilə bağlı sualları cavablandırıb.

AzerTimes-ın məlumatına görə, D.Tramp bu barədə Nyu-Yorkda polislərlə keçirilən görüşdə deyib.

O, gələcək planlarını şərh edərkən bildirib ki, bu, çətin sualdır. Onun sözlərinə görə, o, artıq nə edəcəyini bilir, amma kampaniyanın maliyyələşdirilməsi barədə qanunlara görə bu barədə danışa bilmir.

Qeyd edək ki, daha əvvəl “Politico” qəzeti D.Trampın 2024-cü ildə keçiriləcək seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirirdi.