“Traktor”dan səfərdə inamlı qələbə

“Traktor”dan səfərdə inamlı qələbə

Fevralın 28-də İran çempionatında 21-ci turun matçları baş tutub.

AzerTimes xəbər verir ki, Güney Azərbaycan təmsilçisi “Traktor” səfərdə “Sanat Naft”la üz-üzə gəlib.

Təbrizlilər rəqibini 3-1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Traktor” 21 turdan sonra 36 xalla 16 kollektiv arasında 5-ci pillədə yer alır.

Teqlər: