“Traktor” Tehran klubunu əzdi

“Traktor” Tehran klubunu əzdi

Yanvarın 6-sı İran Super Liqasının 15-ci həftəsinin oyunları çərçivəsində Təbrizin “Traktor” klubu Tehranın “İstiqlal” komandası ilə qarşılaşıb.

AzerTimes xəbər verir ki, Təbrizin “Bonyan Dizel” stadionunda başlayan oyun təbrizlilərin qələbəsi ilə başa çatıb.

Görüşün 36 və 53-cü dəqiqələrində “Traktor” komandasının hücumçusu Məhəmməd Qənbəri rəqib komandanın qapısından iki qol keçirib.

Bu qələbədən sonra “Traktor” 22 xalla turnir cədvəlinin altıncı pilləsinə yüksəlib. 27 xalı olan “İstiqlal” bu məğlubiyyətdən sonra ikinci pilləni 4-cü yerdə qərarlaşıb.

Teqlər: