“Traktor” son dəqiqələrdə qələbəni əldən verdi

“Traktor” son dəqiqələrdə qələbəni əldən verdi

Cənubi Azərbaycan təmsilçisi “Traktor” İran çempionatında növbəti oyununu keçirib.

AzerTimes xəbər verir ki, Təbriz təmsilçisi öz meydanında “Aluminium Arak”ı qəbul edib.

İlk hissədə hesabda önə keçməsinə baxmayaraq, Təbriz klubu son dəqiqələrdə qələbəni əldən verib.

Bu heç-heçədən sonra xallarının sayını 40-a çatdıran “Traktor” üçüncü pillədə qərarlaşıb. “İstiqlal” 47 xalla birinci, “Persepolis” isə 46 xalla ikinci pillədə qərarlaşıb.

Teqlər: