TRACECA Mərkəzi Asiya-Avropa İttifaqı marşrutu üzrə təlim səfəri keçirəcək

Xəbər - Trend:

TRACECA Xəzər və Qara dəniz limanları vasitəsilə Mərkəzi
Asiya-Avropa İttifaqı marşrutu üzrə təlim-tanışlıq səfəri
keçirəcək.

Bu barədə Trend-ə TRACECA-dan bildiriblər. Mənbənin məlumatına
görə, layihə mayın 16-dan 24-dək davam edəcək.

Təlim-tanışlıq səfəri Aktau, Bakı, Tbilisi və Batumi şəhərlərini
əhatə edəcək.

Layihədə Mərkəzi Asiya ölkələrindən, Azərbaycan, Bolqarıstan,
Gürcüstan və Türkiyədən 40-a yaxın nümayəndə iştirak edəcək.

Tədbir ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi və “KazLogistics” Qazaxıstan Nəqliyyatçılar İttifaqı ilə əməkdaşlıqda
keçiriləcək.

(Tərcümə: Orxan Nəbiyev)