Sloveniyada kimya zavodu partlayıb, 20-dən çox yaralı var

Sloveniyanın cənubundakı Koçevye şəhərində kimya zavodunda
partlayış baş verib.

Trend-in
məlumatına görə, hadisə nəticəsində 20-dən çox insan xəsarət
alıb.

Ağır yanıq xəsarətləri alan iki nəfər paytaxt Lyublyanada
xəstəxanaya aparılıb. Partlayış nəticəsində zavodun binasına ciddi
ziyan dəyib.

Partlayışdan sonra zavodda yanğın başlayıb, bir müddət sonra
yanğının qarşısını almaq mümkün olub.

Həmin zavod tikinti və tekstil sənayesi üçün qatran istehsal
edir.