“Trabzonspor” Türkiyə kubokunun yarımfinalında!

“Trabzonspor” Türkiyə kubokunun yarımfinalında!

Futbol üzrə Türkiyə Kubokunda yarımfinala vəsiqə qazanan növbəti komandanın adına aydınlıq gəlib.

AzerTimes xəbər verir ki, “Trabzonspor” doğma meydanda “Başakşəhər”i qəbul edib. Görüş “bordo-mavililər”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Trabzonspor” yarımfinalda “Qalatasaray” – “Fatih Karagümrük” matçının qalibi ilə qarşılaşacaq. Görüş fevralın 29-da baş tutacaq.

Qeyd edək ki, ötən gün “Ankaragücü” “Fənərbağça”ya 3:0 hesabı ilə qalib gələrək adını yarımfinala yazdıran ilk komanda olub.

Teqlər: