“Trabzonspor” klubu Türkiyə çempionu olub

Futbol üzrə Türkiyə Super Liqasının 35-ci turu çərçivəsində “Trabzonspor” və “Antalyaspor” komandaları qarşılaşıb.

Trend xəbər verir ki, oyun 2:2 hesabı ilə başa çatıb. Meydan
sahiblərinin qollarını Andres Kornelius (3), Dorukhan Toköz (62),
“Antalyaspor” klubunun qollarını isə Alassan Ndao (51) və Haci Rayt
(80) vurublar.

Bununla da “Trabzonspor” klubu lazım olan bir xalı təmin edərək
Türkiyə çempionluğunu qazana bilib.

Teqlər: