“Toyota” 80 mindən çox avtomobili geri çağırıb

Xəbər - Orxan Nəbiyev – Trend:

“Toyota Motor” şirkəti Rusiyada 82 405 avtomobili geri çağırıb.

AzerTimes-ın məlumatına görə, qərar avtomobillərdə şüşətəmizləyicilərin qızdırıcılarında qeydə alınan qüsurlarla əlaqədar verilib.

Geri çağırılma 2013-cü ilin yanvarından etibarən istehsal olunmuş “Toyota LC200” və “Lexus LX570” modellərinə şamil olunur.

Geri çağırılan avtomobillərdə zəruri təmir işləri ödənişsiz həyata keçiriləcək.