“Toyota” 2023-cü ildə rekord sayda avtomobil buraxacaq

“Toyota” 2023-cü ildə rekord sayda avtomobil buraxacaq

Yaponiyanın “Toyota” şirkəti 2023-cü ildə 10,2 milyon avtomobil istehsal etməyi planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.

İstehsal planına əsasən, 3,4 milyon avtomobil Yaponiyada, daha 6,8 milyon isə ölkədən kənarda olan zavodlarda istehsal olunacaq. Beləliklə, bu rəqəmlər ötən illə müqayisədə müvafiq olaraq 30% və 10% artacaq.

Qeyd edilir ki, plan uğurla həyata keçirilərsə bu, “Toyota” tarixində ilk olacaq.

Teqlər: