Toylara dəvətsiz gəlib, telefonları oğurlayan şəxs saxlanılıb (FOTO)

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin
Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki şadlıq
saraylarından vətəndaşlara məxsus 2 ədəd mobil telefonu oğurlamaqda
şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupundan AzerTimes-a verilən
məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Goranboy raron
sakini Vahid Dadaşov dəvət edilmədiyi halda şadlıq sarayına qonaq
qismində gəlib və orada spirtli içki qəbul etdikdən sonra digər
qonaqlara məxsus, ümumi dəyəri 500 manat olan 2 ədəd mobil telefonu
oğurlayıb.

Şübhəli şəxs maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa
təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Teqlər: