Tovuzda VAZ-lar toqquşdu: yaralanan var

Tovuzda VAZ-lar toqquşdu: yaralanan var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan VAZ 2106 markalı avtomobil VAZ 2107 markalı avtomobillə toqquşub.

Nəticədə VAZ 2107 yol kənarındakı avtomobil sexinə çırpılıb. Avtomobildə olan sərnişin, Tovuz rayon sakini 22 yaşlı Amil Hüseynov xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: