Tovuzda silah-sursat tapıldı

Tovuzda silah-sursat tapıldı

10 may tarixində Tovuz rayonunda, kənd ərazisindən silah-sursat tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Tovuz Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən rayonun Abulbəyli kəndi ərazisindən 1 ədəd “TOZ” markalı tüfəng, 18 ədəd avtomat patronu, 1 ədəd patron darağı, 1 ədəd “F-1” və 1 ədəd “RQD-5” qumbaraları tapılıb və aidiyyatı üzrə təhvil verilib.