Xəbər - Samir Əli – Trend:
Tovuz rayonunda ruhi xəstənin atasını qətlə yetirməsi ilə bağlı
cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-ın sorğusuna cavab olaraq bildirilib ki,
fevralın 14-də Tovuz rayonu Hunanlar kənd sakini Qamət Əliyevin
öldürülməsi faktı ilə bağlı Tovuz rayon prokurorluğuna məlumat
daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin atası Ceyhun Əliyevin
şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı
Qamət Əliyevə odlu silahla bir neçə dəfə atəş açmaqla onu qəsdən
öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.
Ceyhun Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.