Sumqayıtda qızını boğub öldürən ata saxlanıldı

Xəbər - Samir Əli – Trend:

Sumqayıtda qızını boğub öldürən ata saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-ın sorğusuna cavab olaraq bildirilib ki,
fevralın 15-də Sumqayıt şəhər sakini 1984-cü il təvəllüdlü Zəminə
Mehtiyevanın öldürülməsi faktı ilə bağlı Sumqayıt şəhər
prokurorluğunda məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin atası Salam Cəfərovun
şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı
Zəminə Mehtiyevanı elektrik naqillə boğaraq qəsdən öldürməsinə
əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

Salam Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir.

Teqlər: