Tovuzda qəza: “Vita” dirəyə çırpıldı – Foto

Tovuzda qəza: “Vita” dirəyə çırpıldı – Foto

Tovuz rayonunun Abulbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, VAZ 2106 markalı avtomobil ilə “Mersedes Vita” markalı avtomobillər toqquşub.

Hadisə zamanı “Vita” markalı avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə dirək aşıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: