Tovuzda qəza: baş çavuş öldü, gizir xəsarət aldı

Tovuzda qəza: baş çavuş öldü, gizir xəsarət aldı

Tovuzda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslər hərbçi olublar.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, hadisə yerində dünyasının dəyişən 1985-ci il təvəllüdlü Elçin Yaqubəliyev və xəsarət alan Vüsal Kərimov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarıdırlar.

Baş çavuş Elçin Yaqubəliyev xidməti vəzifəsini yerinə yetirərkən onun idarə etdiyi avtomobillə “Mersedes-Benz” markalı avtomobil toqquşub.

Nəticədə E.Yaqubəliyev hadisə yerində ölüb, avtomobildə olan gizir Vüsal Kərimov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Teqlər: