Tovuzda qanunsuz ov edən şəxs saxlanılıb (FOTO)

Sentyabrın 19-da qanunsuz ov etdiyinə görə Tovuz rayon Polis Şöbəsinin əməkdaşları rayonun Əlimərdanlı kənd sakini İftixar Səmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzerTimes-a verilən məlumata görə, araşdırmalarla onun özünə məxsus müvafiq sənədləri olan Toz 87 markalı tüfənglə Kür çayının rayon ərazisindən keçən hissəsində müvafiq icazəsi olmadan qadağan olunmuş zamanda və məkanda ov etməsi müəyyən olunub. İ.Səmədov saxlanılıb, ona məxsus ov tüfəngi və ovladığı 2 ədəd çöl dovşanı maddi sübut kimi götürülüb.


Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Teqlər: