Tovuzda ikimərtəbəli ev yanıb

Tovuz rayonunda ikimərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzerTimes-a bildiriblər ki, rayonun Xatınlı kəndində ümumi sahəsi 130 kvadratmetr olan ikimərtəbəli evin 60 kvadratmetrlik hissəsi və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: