Tovuzda ərzaq mağazası yanıb

Tovuz rayonunun Əyyublu kəndində ümumi sahəsi 50 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və bitişik ümumi sahəsi 100 m² olan köməkçi tikilinin dam örtüyü 80 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: