Tovuzda avtobus DAF-la toqquşdu: yaralı var – Foto

Tovuzda avtobus DAF-la toqquşdu: yaralı var – Foto

Bakı-Qazax avtomobil yolunun Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, hadisə zamanı DAF markalı sement daşıyan yük maşını ilə sərnişin avtobusu toqquşub. Bu zaman yük avtomobili yol ayırıcısı olan betona dəyib və aşıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası cəlb olunub.

Qəza zamanı DAF-ın sürücüsü xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Teqlər: