Tovuzda ağır qəza: ölü və yaralılar var

Tovuzda ağır qəza: ölü və yaralılar var

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

AzerTimes Report-a istinadla xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Belə ki, VAZ-2107 və “Mersedes” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Teqlər: