Tovuzda ağır qəza: ölənlər var – Foto

Tovuzda ağır qəza: ölənlər var – Foto

Tovuz rayonunda avtomobil qəzası olub, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Əlimərdanlı kənd ərazisində qeydə alınıb.

VAZ-21011 markalı avtomobillə “Mitsubişi” Pikap tipli avtomobil toqquşub. Qəza nəticəsində Hunanlar kənd sakinləri – 1976-cı il təvəllüdlü Əli Abuzərov və 1976-cı il təvəllüdlü Nabat Abbasov dünyasını dəyişib.

Tovuz rayon sakinləri 1964-cü il təvəllüdlü Mayın Quliyev, 1965-ci il təvəllüdlü Asiman Abuzarov və 1970-ci il təvəllüdlü Natiq Qasımov xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: