Tovuzda ağır qəza: ölən var

Tovuzda ağır qəza: ölən var

Tovuz rayon Düz Cırdaxan kəndində ağır yol-nəqliyyat hadisəsi olub.

AzerTimes xəbər verir ki, yanacaqdoldurma məntəqəsinin yaxınlığında “VAZ-2104” və “VAZ-21099” markalı avtomobillərin iştirakı ilə başverniş yol-nəqliyyat zamanı 1 nəfər, 1989-cu il təvəllüdlü Razim Mədətov dünyasını dəyişib.

Daha 5 nəfər – 1989-cu il təvəllüdlü, V.Məmmədov, 1969-cu il təvəllüdlü, H.Məmmədov, 1989-cu il təvəllüdlü E.Əhmədova və 2 azyaşı xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: