Tovuzda ağır qəza: ata öldü, oğlu yaralandı

Tovuzda ağır qəza: ata öldü, oğlu yaralandı

Tovuz şəhərində bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AzerTimes xəbər verir ki, VAZ-2107 markalı avtomobil şəhər arası xətt üzrə çalışan mikroavtobusla toqquşub.

Qəza nəticəsində 1976-cı il təvəllüdlü Asif Mansır oğlu Alıyev hadisə yerində dünyasını dəyişib. Onun oğlu, 2001-ci il təvəllüdlü Mansır Asif oğlu Alıyev və 1981-ci il təvəllüdlü Bayram Mayıl oğlu İsgəndərovmüxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: