Tovuzda ağır qəza: 2 ölü, 3 yaralı

Tovuzda ağır qəza: 2 ölü, 3 yaralı

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Aşağı Quşçu kəndində qeydə alınıb.

VAZ-2106 markalı iki avtomobilin toqquşması nəticəsində, 1997-ci il təvəllüdlü Həzirətabbas Yaşar oğlu Hümbətov və 2005-ci il təvəllüdlü Aykut Sahib oğlu Atayev hadisə yerində dünyasını dəyişiblər.

Daha 3 nəfər – 2009-ci il təvəllüdlü Uğur Rafiq oğlu Hüseynov, 2001-ci il təvəllüdlü Elşən Quliyev və 2002-ci il təvəllüdlü Nurlan Abbasov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, xəsarət alanların vəziyyəti orta-ağır və ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Teqlər: